"Din pərdəsi altında gizlənən radikal qrupların məqsədi..."


Digərləri 27 Okt 2018 15:34:00 331 0

"Din pərdəsi altında gizlənən radikal qrupların məqsədi..."

Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailənin üzvü kimi yaşayıblar.

Müxtəlif mədəniyyətlərə və dinlərə məxsus etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda, İslam dəyərləri müstəsna rola malikdir.

Son.az bildirir ki, bu haqda oxu.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədri deyib ki, ölkəmizin coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrdən burada fərqli dinlərin mövcudluğuna şərait yaradıb. 

Onun sözlərinə görə, Sovetlər Birliyi dağılan dövrdə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2200-dən çoxdur. 

"Hazırda ölkə ərazisində 13 kilsə, yeddi sinaqoq fəaliyyət göstərir. Vətəndaşların böyük əksəriyyəti müsəlman olan ölkəmizdə digər dinlərə də xüsusi qayğı var. Ölkəmizdə dövlət qeydiyyatından keçmiş 861 dini icma fəaliyyətdədir. Bunlardan 830-u İslam, 31-i qeyri-İslam təmayüllüdür", - deyə M.Qurbanlı bildirib.