Gözəllik müsabiqəsinin qalibi səhnədə huşunu itirdi


Digərləri 27 Okt 2018 14:49:00 223 0

Gözəllik müsabiqəsinin qalibi səhnədə huşunu itirdi

"Miss Grand International" gözəllik müsabiqəsinin paraqvaylı finalçısı Klara Sosa qalib elan edildikdən sonra huşunu itirib.

Son.az oxu.az-a istinadən bildirir ki, onun yanında dayanan Hindistan nümayəndəsi Minakşi Çaudhari Klaranı tuta bilməyib.

Kadrlarda da görünür ki, qızlar bir-birlərinin əlindən tutaraq nəticənin elan olunmasını gözləyirlər. Aparıcı "Paraqvay" deyəndən sonra Sosa huşunu itirərək yerə yıxılır.