"Barcelona ilə oyunda hamı bizdən qələbə gözləyir"


İdman 27 Okt 2018 14:46:00 294 0

"Barcelona ilə oyunda hamı bizdən qələbə gözləyir"

Real-ın futbolçusu Naço Fernandes La Liqada Barcelona ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib. 

Goal.az xəbər verir ki, İspaniya mətbuatına danışan 28 yaşlı futbolçu, matçla bağlı bunları deyib:

“Bazar günü bizim üçün xüsusi bir oyun olacaq. Həmişə, hər bir futbolçu bu oyunda olmaq istəyər. Hazırda bütün diqqətimiz “el klasiko”dadır. Qələbə qazanmaq üçün gedəcəyik, əhval-ruhiyyəmiz yerindədir. Eyni zamanda, özümüzü sübut etmək üçün bu oyuna çıxacağıq. Mətbuatda yazılanlara fikir vermirik. Çünki biz peşəkar futbolçularıq və qələbə qazanmaq istəyirik. Hər kəs də bizdən bunu gözləyir”.

Sabah keçiriləcək Barcelona - Real saat 19:15-də start götürəcək.