Bakı qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib


Digərləri 27 Okt 2018 13:29:00 259 0

Bakı qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib

"Bakı dünyada mövcud olan qlobal, mühüm əhəmiyyət daşıyan humanitar məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib".

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, AFFA-nın vitse-prezidenti Rauf Əliyev Son.az-a açıqlamasında Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini dəyərləndirərkən bildirib.

Prezident İlham Əliyevdən qlobal problemlərlə bağlı konseptual çıxış - Bu, beynəlxalq birliyə mesaj kimi qiymətləndirilməlidir  Onun sözlərinə görə, Forumun əsas mövzusu olan "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" Azərbaycanda həyata keçirilən insan kapitalının inkişaf etdirilməsi siyasətinə dəstək kimi qəbul olunub: "2010-cu ilin yanvar ayında Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul olunmuş qərara əsasən, Birinci Bakı Beynalxalq Forumu təşkil olunub. Birinci Bakı Beynəlxalq Humanitar Forumu 2011-ci ildə keçirilib və bu Forumda 20 ölkədən nümayyəndələr iştirak etmişdisə, VI Forumda 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 416 xarici qonaq olmaqla 580-dən artıq nümayyəndə iştirak edib. Bu vaxta kimi keçirilmiş beş Forumda bütün dünyanı düşündürən qlobal əhəmiyyətlı 37 müxtəlif mövzu ətrafında dəyirmi masalar təşkil olunub, müvafiq tövsiyyələr qəbul edilib və dünya ictimayyətinə çatdırılıb. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spekterli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimləri, Nobel mükafatı laureatları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayyəndələrinin bir araya toplayan mötəbər tədbirdir. VI Bakı Beynəlxalq Humanitar Forumunda gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalara və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayaraq dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi vurğulanıb. Forumda həmçinin, insanların dövrümüzün ən mühüm çağrışlarını qarşılamaq bacarıqlarına dərin inamı, humanizm və bəşəri məsuliyyətin zəruriliyi məsələləri önə çəkilib.

"Yeni dünya" yaratmağa ehtiyac var - Azərbaycan qlobal dialoq məkanına çevrilə bilib   Azərbaycan Prezidenti cənab İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında qeyd etdi ki, əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayyəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar və bu siyasət bu gün də davam edir. Daha sonra dövlət başçısı dedi ki, ənənəvi dinlərin-kotolik, pravoslav kilsələrin, sinaqoqların bərpası və tikintisi Azərbaycanda reallıqdır. Bu reallıq ölkəmizdə çox gözəl ictimai iqlim yaradıb. Multikulturalizim Azərbaycanda dövlət siyasətidir".

Millət vəkili qeyd edib ki, iki gün davam edən tədbirdə iştirak edən qonaqlar Azərbaycandakı iqtisadi inkişaf, tolerantlıq barəsində geniş məlumatlar əldə ediblər: "Forumun Bakıda keçirilməsi Azərbaycanın tolerantlıq modelinin dünyada təbliğ edilməsi nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Forum çərçivəsində müxtəlif sessiya və panellərdə 150-dən çox məruzə dinlənilib və bəşəriyyəti narahat edən bir çox aktual məsələlərin həlli yolları araşdırılıb. VI Bakı Beynəlxalq Humanitar Forumu bir daha göstərdi ki, dünya ictimayyətində bu Foruma maraq ildən-ilə artır və Bakı artıq dünyada mövcud olan qlobal miqyaslı, mühüm əhəmiyyət daşıyan, dünyanı narahat edən hümanitar məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib".

İlkin İzzət Son.az