Qleb: "Barcelona-ya keçməyim səhv idi"


İdman 27 Okt 2018 13:29:00 275 0

Qleb: "Barcelona-ya keçməyim səhv idi"

BATE-nin futbolçusu Aleksandr Qleb karyerası ilə bağlı maraqlı açıqlamalar verib.

Goal.az 

İngiltərə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı futbolçu 2008-ci ildə Arsenal-dan Barcelona-ya keçdiyi üçün peşman olduğunu deyib:

“İnsanlar məndən niyə Arsenal-dan ayrıldığımı soruşurlar. Əslində, bu sualı mən də özümə verirəm: “Niyə Arsenal-dan ayrıldım?” “Barcelona ilə müqavilə bağlamağım səhv idi. Ən yaxşı illərimi itirdim. Bəzi səhvlər etdim və meydanda əlimdən gələni etmədim. Oynamaq istəyirdim, amma Qvardiola məni oynatmırdı”.

2008-2012-ci illərdə Barcelona formasını geyinən Qleb cəmi 19 oyunda forma geyinmək şansı qazanıb.