Bakının mərkəzində “Audi” qaçırılıb


Digərləri 27 Okt 2018 12:18:57 262 0

Bakının mərkəzində “Audi” qaçırılıb

Bakının mərkəzi hissəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bakı. Bakının mərkəzi hissəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini P.Babayeva oktyabrın 26-da saat 15 radələrində İstiqlaliyyət küçəsindən “Audi” markalı avtomobilinin qaçırıldığını bildirib. Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Qısa müddətdə Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin R.Behbudov küçəsində hərəkətdə olduğu müəyyən edilib.