Bakıda azyaşlını hədələyib 45 min dollar alan şəxslər saxlanıldı


Digərləri 27 Okt 2018 11:53:00 248 0

Bakıda azyaşlını hədələyib 45 min dollar alan şəxslər saxlanıldı

Bakıda yeniyetmə oğlana hədə-qorxu gələrək külli miqdarda pul alan şəxslər saxlanılıb.

Bakı. Samir Əli - Bakıda yeniyetmə oğlana hədə-qorxu gələrək külli miqdarda pul alan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 25-də Binəqədi Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27.000 ABŞ dolları, oktyabrın 5-də isə 18.000 ABŞ dolları aldıqlarını bildirib.