Dövlət xəstəxanalarında dərmanların istifadəsinə nəzarət edən məsul şəxs olacaq


Digərləri 27 Okt 2018 11:31:52 234 0

Dövlət xəstəxanalarında dərmanların istifadəsinə nəzarət edən məsul şəxs olacaq

Azərbaycanda dövlət tibb müəssisələrində farmakonəzarət üzrə məsul şəxs müəyyən ediləcək.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda dövlət tibb müəssisələrində farmakonəzarət üzrə məsul şəxs müəyyən ediləcək. Trend-in məlumatına görə, Nazirlər Kabinetinin qərarı ilə bununla bağlı “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə əlavələr edilib. Bu əlavələrlə həmin müəssisələrin vəzifələri artıb. Əlavələrə əsasən, müəssisə tərəfindən dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi üçün Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq, farmakonəzarət üzrə tədbirlər görmək və farmakonəzarət üzrə məsul şəxs müəyyən ediləcək.