Krasnodarda sel və daşqınlar nəticəsində 6 nəfər ölüb,


Dünya 27 Okt 2018 11:04:00 242 0

Krasnodarda sel və daşqınlar nəticəsində 6 nəfər ölüb,

Rusiyanın Krasnodar diyarında sel və daşqınlar nəticəsində 60 yaralı var.

Son.az Trend-ə istinadən bildirir ki, dəqiqləşdirilmiş məlumatlara əsasən, təbii fəlakət zamanı 66 nəfər xəsarət alıb, onlardan 6-sı həlak olub. İki nəfər itkin düşmüş sayılır.

Tuapse və Abşeron rayonlarında, həmçinin Soçi şəhərində subasmalar nəticəsində fövqəladə vəziyyət elan olunub, sakinlərin bir qismi təxliyə edilib.

Diyarda operativ xidmətlər gücləndirilmiş iş rejiminə keçib. Dəymiş zərərin miqdarı hesablanır.

Son.az