Milyarder siyasətçi rüsvay oldu:


Digərləri 27 Okt 2018 10:59:00 302 0

Milyarder siyasətçi rüsvay oldu:

Britaniya Lordlar Palatasının üzvü, Arcadia Group holdinqinin sahibi, 66 yaşlı milyarder ser Filip Qrin əxlaqsızlıqda və seksual qısnamalarda suçlanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, əməkdaşı olan bir neçə qadına təcavüz etmiş milyarder sonradan həmin qadınlara susmaları və məhkəmələrə şikayət etməmələri üçün böyük məbləğdə pullar ödəyib.

Arcadia Group holdinqinə Topshop, Topman, Wallis, Evans, Miss Selfridge və Dorothy Perkins brendləri daxildir.

Qalmaqal F.Qrinin təcavüzünə məruz qalmış 5 qadının Britaniya parlamentinin yuxarı palatası olan Lordlar Palatasının üzvü ser Piter Qeynə müraciət etmələrindən sonra başlanıb.

Filip Qrin məşhur model və dizayner Xloya Qrinin atasıdır.