"Report" informasiya agentliyi 4 yaşını qeyd edir


Digərləri 27 Okt 2018 10:24:00 278 0

"Report" informasiya agentliyi 4 yaşını qeyd edir

Bu gün "Report" informasiya agentliyi 4 yaşını qeyd edir.

"Report-IA" MMC (Report informasiya agentliyi) 2014-cü ildə təsis olunub və əsas veb-resursu olan www.report.az 27.10.2014 tarixdən fəaliyyətə başlayıb.

"Report" müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. Həmçinin, saytın "Analitika" bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.