Beynəlxalq xeyriyyə təşkilatının əsl siması: "Oxfam"ın direktoru yeni fırıldaq hazırlayır?


Siyasət 27 Okt 2018 10:30:00 240 0

Beynəlxalq xeyriyyə təşkilatının əsl siması:  "Oxfam"ın direktoru yeni fırıldaq hazırlayır?

Uqanda prezidenti Yoveri Museveninin sabiq sevgilisi, 59 yaşlı Vinni Byanima indi Afrikanın ən nüfuzlu və məşhur qadın siyasətçilərindən birinə çevrilib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Uqandanın ən populyar müxalifətçisi Kizza Beziqyunun xanımı olan Byanima hazırda beynəlxalq "Oxfam İnternational" xeyriyyə təşkilatının baş icraçı direktorudur. O, 1942-ci ildə Britaniyanın Oksford şəhərində yaradılmış xeyriyyə təşkilatının baş qərargahını İngiltərənin Kouli şəhərindən Keniyanın paytaxtı Nayrobiyə köçürülməsinə göstəriş verib.

"Oxfam İnternational" təşkilatı Haitidəki zəlzələ qurbanlarına yardım proqramı çərçivəsidə bu ada-ölkəyə yolladığı əməkdaşlarının korrupsiya və əxlaqsızlığa yol vermələrində suçlamışdı. Suçlamalar sübut olunub.

Bu səbəbdən də Britaniya sözügedən təşkilata maliyyə dəstəyini dayandırıb.

"Oxfam"ın direktoru Vinni Byanimanın Keniya prezidenti Uhuru Kenyatta ilə "çox isti" münasibətlərdə olduğu vurğulanır. Keniyada "Oxfam"dan "çirkli pullar"ın leqallaşdırılması üçün istifadə ediləcəyi də iddia edilir.

Və ən nəhayət, Byanimanın indi tutduğu postdan Uqanda prezidenti seçilmək üçün yararlanacağı da deyilir.


Xəbərə aid fotolar