Googleda böyük qalmaqal: "boss"lar iş yerini "eşq yeri"nə çeviriblər


Digərləri 27 Okt 2018 09:57:00 284 0

Googleda böyük qalmaqal: "boss"lar iş yerini "eşq yeri"nə çeviriblər

Android əməliyyat sisteminin yaradıcısı Endryu Rubin əxlaqsızlıqla və seksual qısnamalarda suçlanıb. Google korporasiyasının top-menecerlərindən biri olan 55 yaşlı amerikalı E.Rubin cəzalanmayıb.

Son.az The New York Times-a istinadən bildirir ki, Google menecerinə 90 milyon dollarlıq təzminat verərək onu işdən kənarlaşdırıb.

2013-cü ildə korporasiyanın qadın əməkdaşlarından biri Rubini əxlaqsızlıqda, seksual qısnamada suçlayıb. Qadının dediyinə görə, Rubin onu otel otağında oral seksə vadar edib.

Google rəhbərliyi insidenti araşdırıb və Endryu Rubinin suçlu olduğuna qərar verib.

2014-cü ildə isə Google-un rəhbəri Larri Peyc əxlaqsız menecerin işdən qovulmasına əmr verib.

Google-un baş icraçı direktoru Sundar Piçainin dediyinə görə, son iki ildə şirkət 48 əməkadaşını seksual qısnamalara görə işdən qovub və onların heç birinə təzminat ödənməyib.

Lakin korporasiya E.Rubinə 90 milyon dollarlıq təzminat vermək qərarına gəlib.

E.Rubin 2014-cü ildən bəri hər il 2 milyon dollar alıb. Növbəti ödəniş bu ilin noyabr ayında olmalı idi.

E.Rubin iddiaları qəbul etmir: "New York Times-ın məqaləsində çoxsaylı yanlışlıqlar və təhriflər var. Kimsəni otel otağında oral seksə vadar etməmişəm. Bu "əhvalat" boşanma prosesində qalib gəlmək istəyən sabiq arvadımın yaydığı şayiələrdir. Üstəlik, mənə ödənmiş təzminatın məbləği də fantastik dərəcədə şişirdilib".


Xəbərə aid fotolar