Ukraynada azərbaycanlı 11 il azadlıqdan məhrum edildi


Kriminal 27 Okt 2018 09:19:00 252 0

Ukraynada azərbaycanlı 11 il azadlıqdan məhrum edildi

Ukraynada 4 saylı Kiyev yerli prokurorluğunun iştirakı ilə cari ilin 1 fevral tarixinə keçən gecə paytaxt restoranlarından birində hərbçini qətlə yetirmiş Azərbaycan vətəndaşına hökm oxunub.

Son.az report-a istindən xəbər verir ki, əyləncə müəssisəsində istirahət edən iki qrup arasında baş vermiş münaqişə zamanı kişilərdən biri bıçaq çıxardaraq Ukrayna Silahlı Qüvvələrinin həmin zaman xidmətdə olmayan hərbçisinin boyun nahiyəsinə zərbə endirib.

Azərbaycanlı hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb. Lakin kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində o, 03.02.2018-ci il tarixində Zaporojye şəhərində tutulub.