Azərbaycana ilk qar yağdı


Digərləri 27 Okt 2018 09:09:00 244 0

Azərbaycana ilk qar yağdı

Azərbaycanın şimal-qərb bölgəsinə ilk qar yağıb.

Son.az Report-a istinadən xəbər verir ki, oktyabrın 25-dən 26-ə keçən gecədən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti höküm sürüb.

Bölgəyə fasilələrlə yağış yağıb, bölgənin düzənlik ərazilərində havanın hərarəti müsbət 8 dərəcəyə qədər aşağı düşüb. Oktyabrın 26-dan 27-ə keçən gecə isə Böyük Qafqaz dağlarının cənub ətəyinin Şəki, Qax, Zaqatala və Balakən rayonlarına düşən hissəsinə ilk qar yağıb.


Xəbərə aid fotolar