Apple və Samsung cərimələndilər


Digərləri 27 Okt 2018 08:51:00 245 0

Apple və Samsung cərimələndilər

İtaliyanın antiinhisar xidməti "Apple" və "Samsung" şirkətlərini cərimələyib. Bu, adıçəkilən şirkətlərin proqram təminatını yeniləmək yolu ilə qurğuların işləmə sürətini azaltması ilə izah edilir. Bu haqda "Reuters" agentliyi məlumat yayıb.   Son.az ICTnews-a istinadən bildirir ki, "Apple" korporasiyası 10, "Samsung" isə 5 milyon avro məbləğində cərimələnib. İtaliyalı istifadəçilər yeni sistem yeniləməsinin cihazların funksionallığını və işləmə sürətini azaltmasından şikayət ediblər. Bu cür yeniləmələr müştəriləri yeni smartfonlar satın almağa təşviq etmək  üçün yaradılır.   2017-ci ilin dekabrında "Apple" şirkəti köhnə "iPhone" modellərinin işləmə sürətinin bilərəkdən azaldılması faktını etiraf etmişdi və  istifadəçilərdən üzr istəmişdi.