Ən populyar smartfon rəngi hansıdır?


Digərləri 27 Okt 2018 08:59:00 250 0

Ən populyar smartfon rəngi hansıdır?

"Strategy Analytics" analitik şirkəti ABŞ, Şərqi Avropa, Çin və Hindistan istifadəçilərinin hansı smartfon rənginə üstünlük verməsini araşdırıb.

Son.az ICTnews-a istinadən bildirir ki, qara rəng beynəlxalq miqyasda ən populyar smartfon rəngi kimi birinciliyini qoruyub. İkinci yerdə gümüşü rəng qərarlaşıb. Digər rənglər tədricən fərqi azaldır və gümüşü və çəhrayı qızılı arasında fərq azalmağa doğru gedir.

Məlumata görə, rəyi soruşulanların yarısından çoxu qara və gümüşü, üçdə bir hissəsi isə çəhrayı qızılı və ağ rəngli qurğulara üstünlük verib.