10 giqabayt operativ yaddaşlı ilk smartfon təqdim edilib


Digərləri 27 Okt 2018 08:45:00 239 0

10 giqabayt operativ yaddaşlı ilk smartfon təqdim edilib

"Xiaomi" şirkəti "Black Shark Helo" oyun smartfonunu təqdim edib. Bu, dünyada 10 giqabayt tutumlu operativ yaddaşa malik ilk qurğudur.

Son.az ICTnews-a istinadən bildirir ki, indi smartfon "HDR" rejimini dəstəkləyən 6 düym diaqonallı "AMOLED" ekran, iki ön stereodinamik, "Snapdragon 845" prosessor və 4 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 12+20 meqapiksel, ön kameranın isə 20 meqapiksel təşkil edir. Yeni qurğunun çəkisi 190 qrama bərabərdir.

Məlumata görə, yan tərəflərdə işıq diodlu zolaqlar quraşdırılıb. Onların işini xüsusi əlavə vasitəsilə sazlamaq mümkündür. Bundan başqa, smartfon oyun həvəskarları üçün müxtəlif proqram funksiyalarına malikdir. Məsələn, onların birində bütün oyunlarda əldə olunan uğurlara baxmaq, digərində isə qurğunun məhsuldarlığını tənzimləmək mümkündür.