İstanbulda Rusiya, Türkiyə, Fransa və Almaniya


Siyasət 27 Okt 2018 08:48:00 288 0

İstanbulda Rusiya, Türkiyə, Fransa və Almaniya

Bu gün İstanbulda Türkiyə, Rusiya və Fransa prezidentləri və Almaniya kanslerinin iştirakı ilə Suriya münaqişəsinə dair dördtərəfli sammit keçiriləcək.

Son.az "Report"a istinadən bildirir ki, bunu Türkiyənin Prezident Administrasiyasının Əlaqələr şöbəsinin nümayəndəsi deyib.

Sammit İstanbulun Asiya hissəsində, Osmanlı imperiyasının sonuncu sultanı VI Mehmet Vahiyəddinə məxsus malikanədə keçiriləcək.

Hazırda bina Türkiyə prezidentinin iş ofislərindən biri kimi istifadə olunur.

Bundan əvvəl ABŞ koalisiyası Suriyada dinc sakinləri bombaladığını təkzib edib.