Yunanıstanda zəlzələ nəticəsində


Dünya 27 Okt 2018 08:48:00 249 0

Yunanıstanda zəlzələ nəticəsində

Yunanıstanda baş vermiş 6,9 maqnituda gücündə zəlzələ nəticəsində Strofadiya pravoslav kilsəsi zərər çəkib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Ekklisia Online" nəşri məlumat yayıb.

"5,1 və 6,9 maqnituda gücündə zəlzələlər cümə günü səhər Zakintos adasının cənub-qərbində baş verib. Qülləsi tamamilə dağılan Strofadiya kilsəsi zəlzələnin episentrinə düşüb. Bəzi rayonlarda hündürlükdən daşlar tökülüb və elektrik xətləri qırılıb", - deyə nəşr yazır.

Yunanıstanın Mülki Müdafiə Məsələləri üzrə Baş Katibliyinin məlumatına görə, zərərçəkənlər barədə məlumat daxil olmayıb.


Xəbərə aid fotolar