Putin səhvən kreslosuna oturan qubernatora söz atdı VİDEO


Digərləri 27 Okt 2018 08:28:00 287 0

Putin səhvən kreslosuna oturan qubernatora söz atdı  VİDEO

Rusiyanın dövlət başçısı Vladimir Putin görüş zamanı səhvən prezidentin kreslosunda əyləşən Xantı-Mansiysk muxtar dairəsinin rəhbəri Nataliya Komarova ilə zarafatlaşıb.

Son.az "Report"a istinadən bildirir ki, o, qubernatordan yerini dəyişməsini istəməyib və sadəcə masa üzərindəki kağızların yerini dəyişməklə nümayişkaranə şəkildə jest edib.

Xanım məmur prezidentin bu hərəkətindən çaşıb qalıb və bilmədən dövlət başçısının yerində əyləşdiyi üçün nə deyəcəyini bilməyib.

"Heç bir şey yoxdur. Bura da yaxşıdır", - deyə Putin istehza ilə zarafatlaşıb.


Xəbərə aid video