Cəlilabadda yaşlı kişini torpağa görə döydülər


Digərləri 27 Okt 2018 08:02:00 247 0

Cəlilabadda yaşlı kişini torpağa görə döydülər

Cəlilabad rayonunda qohumlar arasında torpaq sahəsi üstündə kütləvi dava düşüb.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Təklə kəndində baş verən dava zamanı 1961-ci il təvəllüdlü İbişov Səftər Səttar oğlu qayınının oğlanları tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Gəncədə gənc oğlanı maşın vuraraq öldürüb.