Avropa Komissiyası: "Cənub Qaz Dəhlizi" Aİ bazarı və Xəzər regionu arasında körpü olacaq (ÖZƏL)


Digərləri 27 Okt 2018 08:00:00 250 0

Avropa Komissiyası: "Cənub Qaz Dəhlizi" Aİ bazarı və Xəzər regionu arasında körpü olacaq (ÖZƏL)

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" Avropa Komissiyası üçün prioritet layihələrdən biri olaraq qalır.

Bakı. Ləman Zeynalova - Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" Avropa Komissiyası üçün prioritet layihələrdən biri olaraq qalır. Bunu Trend-ə layihənin Avropa İttifaqının təmiz energetikaya keçid strategiyasına uyğunluğu barədə sualı cavablandırarkən Komissiyadan bildiriblər.