Suda partladıcı maddə partlatmaqla balıq ovlamaq düzgündürmü?


Digərləri 27 Okt 2018 07:41:00 226 0

Suda partladıcı maddə partlatmaqla balıq ovlamaq düzgündürmü?

Şəriətə görə, balıq o zaman pak və yeməyə yararlı sayılar ki, suda tutulub, sudan kənara çıxarılsın və kənarda ölsün. Ya da balıqçının toruna düşüb, suyun içində qaldığı halda ölsün. Yəni məsələn, torun iplərinə dolaşıb boğulsun və ya torun ipləri bədənini yaralayıb öldürsün. Əgər balıq suyun içində ölsə, onu yemək haramdır. Partladıcı maddə və zəhər vasitəsilə ov zamanı balıq suyun içində ikən ölür, ona görə də yeyilməyə yararlı deyil. Həmçinin, balıq sudan kənara düşüb quruda ölsə, onu yemək olmaz. Amma əgər quruya düşəndən sonra bir nəfər onu tutsa və balıq adamın əlində ölsə, onu yemək icazəlidir.