Qax rayonunda top mərmisi tapılıb (FOTO)


Digərləri 27 Okt 2018 05:41:01 259 0

Qax rayonunda top mərmisi tapılıb (FOTO)

Qax rayonunda 115 mm-lik top mərmisi tapılıb.

Bakı. Qax rayonunda 115 mm-lik top mərmisi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, oktyabrın 26-da saat 15:05-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 15:19-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Qax rayonu, Cəlayir kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və AnchorQax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.