Xalq artisti Rafiq Əzimovun 80 illik yubileyi qeyd edilib (FOTO)


Digərləri 27 Okt 2018 02:28:00 328 0

Xalq artisti Rafiq Əzimovun 80 illik yubileyi qeyd edilib (FOTO)

Xalq artisti, görkəmli aktyor Rafiq Əzimovun 80 illik yubileyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Azərbaycanın xalq artisti, görkəmli aktyor Rafiq Əzimovun 80 illik yubileyinə həsr edilmiş yubiley tədbiri keçirilib. Trend-in məlumatına görə, tədbirdə xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Məleykə Əsədova, əməkdar artist Elşən Rüstəmov ,tarix elmləri doktoru, professor Təvəkkül Səlimov və digər qonaqlar iştirak ediblər. İlk öncə Sarayın foyesində aktyorun çəkildiyi rolları əks etdirən foto sərgiyə baxış keçirilib. Tədbirn aparıcısı aktyorun həyat və yaradıcılığı haqqında geniş məlumat verdikdən sonra Rafiq Əzimov səhnəyə dəvət olunub. O, tədbir təşkilatçılarına və tamaşaçılara öz minnətdarlığını bildirib və bu sarayda onun yublleyinin belə yüksək səviyyədə keçirildiyinə görə qürur duyduğunu söyləyib. R.Əzimov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin diplomu ilə təltif olunub.