BMT Baş katibinin köməkçisi: "Azərbaycan beynəlxalq miqyasda humanitar yardım göstərən ölkəyə çevrilib" FOTO


Digərləri 26 Okt 2018 22:53:00 274 0

BMT Baş katibinin köməkçisi: "Azərbaycan beynəlxalq miqyasda humanitar yardım göstərən ölkəyə çevrilib"  FOTO

İqtisadiyyat naziri Şahin Mustafayev VI Humanitar Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti, Meksika Deputatlar Palatasının üzvü Qabriela Kuevas Barron ilə görüşüb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan-Meksika əlaqələrinın qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. 2008-də Azərbaycanın Meksikada, 2014-cü ildə isə Meksikanın ölkəmizdə səfirlikləri açılıb. Hər iki ölkənin parlamentlərində qarşılıqlı əməkdaşlıq üzrə parlamentlərarası işçi qrupları fəaliyyət göstərir. 2012-də Meksika Senatının qərarı ilə Meksika Xocalı soyqırımını tanıyıb.

Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi imkanlarından danışan Ş.Mustafayev iqtisadi əməkdaşlığın genişləndirilıməsi üçün möhkəm müqavilə-hüquq bazanın yaradılması istiqamətdə işlər aparıldığını qeyd edib, Azərbaycan və Meksika arasında sənaye, ticarət, investisiya, turizm, humanitar sahələrində əməkdaşlığın inkişafı üçün potensialı diqqətə çatdırıb. Meksika şirkətləri həmçinin, Azərbaycanda yaradılmış sənaye parklarında və sənaye məhəllələrində, aqroparklarda iştirak edə, birgə müəssisələr yarada bilərlər. Azərbaycan və Meksika iş adamları arasında, xüsusilə kiçik və orta sahibkarlıq sahəsində əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımından sərgilərin, biznes forumların, yarmarkaların keçirilməsinin, ticarət evlərinin yaradılmasının önəmini qeyd edən iqtisadiyyat naziri Meksika şirkətlərini Azərbaycanda həyata keçirilən investisiya layihələrində fəal iştiraka dəvət edib.

Parlamentlərarası İttifaqın prezidenti, Meksika Deputatlar Palatasının üzvü Qabriela Kuevas Barron Meksika və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün mövcud potensialdan istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayıb, Azərbaycana ticarət missiyasının təşkil olunmasını təklif edib.

Görüşdə Azərbaycan və Meksika arasında iqtisadi əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

İqtisadiyyat naziri Ş.Mustafayev VI Humanitar Bakı Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Sloveniya Milli Şurasının prezidenti Aloyz Kovştsanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb.

Görüşdə Ş.Mustafayev 2009-cu ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalandığını qeyd edib, əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə indiyədək 12 sənəd imzalanıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Sloveniya İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Memoranduma əsasən Azərbaycan-Sloveniya Birgə İşçi Qrupu yaradılıb.


Xəbərə aid fotolar