JanKlod Yunker: "Cinayət Məcəlləsinə edilən düzəlişlər Rumıniyanın Şengen məkanına daxil olmasına mane ola bilər"


Dünya 26 Okt 2018 22:56:00 293 0

JanKlod Yunker: "Cinayət Məcəlləsinə edilən düzəlişlər Rumıniyanın Şengen məkanına daxil olmasına mane ola bilər"

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Rumıniya hökumətini ölkənin Cinayət Məcəlləsinə Avropa İttifaqının dəyərlərinə zidd olan düzəlişlərin olunmasından imtina etməyə çağırıb. Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə sədr Avropa Parlamentində müzakirələr zamanı bildirib. Sədrin fikrincə, yeni düzəlişlər Rumıniyanın Şengen məkanına daxil olmasına mane ola bilər.

Qeyd edək ki, 2018-ci ilin iyulunda Rumıniya parlamenti Cinayət Məcəlləsinə dəyişikliklər etmək barədə qərar qəbul edib. Dəyişikliklər vəzifəsindən sui-istifadə ilə bağlı olan cinayətlərin qismən dekriminalizasiyası ilə əlaqədardır. Şengen məkanına daxil olmaq üçün Rumıniya Avropa Komissiyasının tövsiyəsini və Avropa İttifaqının digər 27 ölkəsinin dəstəyini almalıdır. Rumıniya və Bolqarıstanın Şengen məkanına daxil olması 2007-ci ildən bloklanıb.