Alyaskada püskürən vulkanın külü 3,6 min metr hündürlüyə qalxıb


Digərləri 26 Okt 2018 22:14:00 282 0

Alyaskada püskürən vulkanın külü 3,6 min metr hündürlüyə qalxıb

ABŞ-ın Alyaska ştatında yerləşən Aleut arxipelaqının tərkibindəki Semisopochnoi adasında vulkan püskürməsi qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Alaska Volcano Observatory" vulkanları müşahidə mərkəzinin məlumatına əsasən, püskürməni müşayiət edən güclü seysmik təkanlar UTC vaxtı ilə saat 4:47-də qeydə alınıb və hazırda azalmaqdadır. Peyklərdən alınan məlumatlar dəniz səviyyəsindən 3,6 min metr hündürlükdə kül buludunun olduğunu göstərib. Bu səbəbdən həmin rayonda aviasiya üçün "narıncı" təhlükə kodu elan edilib.