Yapon tədqiqatçılar qrupu avtomobili interaktiv idarəetmə sistemini təqdim edib


Digərləri 26 Okt 2018 22:23:00 251 0

Yapon tədqiqatçılar qrupu avtomobili interaktiv idarəetmə sistemini təqdim edib

Yapon tədqiqatçılar qrupu tərəfindən avtomobili səs və jestlər vasitəsilə idarə etməyə imkan verən interaktiv idarəetmə sistemi təqdim edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiyanın mərkəzi hissəsində yerləşən Naqoya Universitetində çalışan tədqiqatçılar qrupu dünyada ilk dəfə yaradılan yeni sistem barədə məlumat yayıb. Həmin qrupa avtomobilin ötürmə qutusunun istehsalçıları daxildir.

Yeni sistemə avtomobildə yerləşdirilən, səs, jest və gözlərin hərəkəti ilə verilən komandaları qəbul edən sensor daxildir. Sensor qəbul etdiyi komandanı avtomobilin nəzarət sisteminə ötürür. Beləliklə, avtomobili hərəkətə gətirmək və ya onu saxlamaq, eyni zamanda, sürəti artırıb-azaltmaq mümkündür.