"Xəbərim olsaydı ödəyərdim" Bu sürücülər CƏRİMƏLƏNƏCƏK VİDEO FOTO


Digərləri 26 Okt 2018 21:54:00 255 0

"Xəbərim olsaydı ödəyərdim"  Bu sürücülər CƏRİMƏLƏNƏCƏK  VİDEO  FOTO

Əvvəl qayda pozarkən mütləq şəkildə elektron protokol ünvana göndərilirdi və müəyyən müddətdən sonra bu qayda pozuntusu barədə cərimə sistemə vurulurdu.

Bəzən bu məktubların ünvanlara çatdırılmasında problemlər yaşanırdı. Nəticədə bir çox cərimələr sistemə otursa da, qərarsız olurdu. Bunu görən yol polisi bu qaydalara müəyyən dəyişiklik etmək qərarına gəlib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, artıq qayda pozuntuları SMS şəklində də sürücülərin telefonlarına göndəriləcək.

Bundan sonra yol hərəkəti qaydalarını pozan sürücülərin mobil nömrələrinə yönəldilən sms-lər, yaşayış ünvanına göndərilən məktubla eyni hüquqda tutulacaq. Bu, yalnız elektron qaydada, yəni xüsusi texniki vasitələrdə, radar və ya kameralarda qeydə alınan qayda pozuntularına şamil edilir. 

Elməddin Muradlı - Ekspert: "İnzibati xətalar məcəlləsinin 125 - ci maddəsinə görə, sms alan sürücü elə qəbul etməlidir ki, yaşadığı ünvana məktub gətirilib verildi. Qanun məktubla sms-i eyni səviyyədə tutur. Mesajı oxuyub kənara qoymaq artıq düzgün deyil. Siz bu mesajı aldığınızda cəriməni ödəyə yaxud haqlı olduğunuz halda 20 gün müddətində cəriməyə etirazınızı bildirəsiniz".


Xəbərə aid fotolar