ABŞ hərbi bazasının Okinavadan köçürülməsi üçün referendum keçirilə bilər


Dünya 26 Okt 2018 21:48:00 298 0

ABŞ hərbi bazasının Okinavadan köçürülməsi üçün referendum keçirilə bilər

Oktyabrın 26-da Yaponiyanın Okinava prefekturasının qanunverici orqanı ABŞ Hərbi-Hava Qüvvələrinin Futemma bazasının köçürülməsi üçün referendumun keçirilməsi məqsədilə müvafiq qərarın hazırlanması barədə qanun layihəsini bəyənib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sənəd ümumxalq səsverməsinin keçirilməsi məqsədilə prefektura əhalisinin sentyabrda topladığı 100 min imzanı əhatə edən petisiyaya cavab olaraq Okinava hakimiyyət orqanları tərəfindən qəbul olunub. Qanun layihəsi qubernator Denni Tamaki tərəfindən təsdiq edildikdən sonra altı ay ərzində referendumun təşkilini nəzərdə tutur.

Bununla yanaşı, ümumxalq səsverməsinin təşkili üçün onun Okinavaya daxil olan 41 bələdiyyə tərəfindən dəstəklənməsi lazımdır. Bu bələdiyyələrdən altısı prefekturanın hakimiyyət orqanlarının müvafiq sorğusunu hələ də cavablandırmayıb. Bundan əlavə, eyniadlı adada yerləşən İşiqaki şəhəri ABŞ bazasının köçürülməsi ilə əlaqədar referendumun keçirilməsinin əleyhinə səs verib. Buna görə də referendumun keçirilməsi hələlik sual altındadır.