Ateroskleroz ürəkdamar xəstəliklərinin əsas səbəblərindən biridir


Digərləri 26 Okt 2018 21:27:00 279 0

Ateroskleroz ürəkdamar xəstəliklərinin əsas səbəblərindən biridir

Ateroskleroz qan damarlarının xroniki xəstəliyidir. Bu xəstəliyin əsas xüsusiyyəti "pis" xolesterinin damarların daxili divarlarında yığılması, divarların qalınlaşması və elastikliyini itirməsidir. Damarlar yağ və kirəcləşmədən qalınlaşır, elastikliyin itirir, sıxılır ki, bu da orqanlarda qan çatışmazlığı yaradır və nəticədə damar tutulur. Qanın laxtalanması müşayiət olunduqda, tromboza meyillilik yaranır və orqanlarda işemik zədələnmə meydana çıxır.

Ümumiyyətlə ateroskleroz ölümlə nəticələnən təhlükəli xəstəliklərdən biri hesab edilir.

Son.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Caspian İnternational Hospitalın terapevti Şəhla Abbasova bildirib.

Həkim deyib: "Ateroskleroz əksər hallarda ürəyin, beynin, ayaqların, qan dövranında problem yarananda üzə çıxır, yəni bu xəstəliyin diaqnozu son mərhələdə müəyyənləşir. Bu xəstəlik ürək-damar patologiyalarının inkişafının əsas səbəblərindən biridir. Bunlara ürəyin işemik xəstəliyi və miokard infarktı da aiddir. Aterosklerozun yaranma səbəblərinə 40-dan yuxarı yaş həddi, hipertoniya, siqaret çəkmə, şəkərli diabet, artıq çəki, qanda "pis" yağların yüksək göstəricisi, irsi meyllilik, yağ xolesterinlə zəngin qidaların istifadəsi daxildir.


Xəbərə aid fotolar