Trampın müşaviri Cənubi Qafqazda niyə yalnız Azərbaycanı fərqləndirir? ABŞ yanaşmanı dəyişir


Siyasət 26 Okt 2018 21:20:00 355 0

Trampın müşaviri Cənubi Qafqazda niyə yalnız Azərbaycanı fərqləndirir?  ABŞ yanaşmanı dəyişir

"Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri, beynəlxalq məsələlər üzrə tanınmış ekspert İlqar Vəlizadənin ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfərinin yekunları ilə bağlı müsahibəsi:

Prezident İlham Əliyev: "Azərbaycan ümid edir ki, Minsk qrupunun həmsədr ölkələrinin fəaliyyəti praktiki nəticələr verəcək" - FOTO - ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaz ölkələrinə səfərinin yekunları ilə bağlı açıqlamalarında daha çox Azərbaycanın adını çəkib, öz Twitter hesabında da Azərbaycana və Azərbaycan Preizdentinə xüsusi təşəkkür edib. Bolton keçirdiyi mətbuat konfranslarında, müsahibələrində Azərbaycanla əlaqələrin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulayıb, Azərbaycanı ABŞ-ın bölgədə əsas tərəfdaşı adlandırıb. Bunun səbəbi nədir?

- Əvvəla, onu deyim ki, Con Boltonun məhz Azərbaycanı fərqləndirməsi təsadüfi deyil. Çünki ABŞ Cənubi Qafqaz ölkələri arasında ən çox yatırımı məhz Azərbaycana və Xəzər regionuna edib. Sirr deyil ki, ABŞ-ın nəhəng enerji şirkətləri artıq 25 ilə yaxındır ki, Azərbaycanın neft-qaz hasilatında, eləcə də Azərbaycanın regionda həyata keçirdiyi iri layihələrdə yaxından iştirak edirlər. Onlar həm mənfəət əldə edir, həm də geosiyasi və geoiqtisadi məqsədlərə çatırlar. Bunu da nəzərə almaq lazımdır ki, Amerikanın Xəzər bölgəsində iqtisadi maraqları əvvəlcə məhz Azərbaycanda peyda olmağa başlayıb. Azərbaycan ABŞ üçün regiona və onun iqtisadiyyatına qapı rolunu oynayıb. Üstündən 25 il keçsə də, bu rol heç də dəyişməyib, azalmayıb, əksinə hətta artıb, möhkəmlənib. Ona görə də ABŞ başa düşür ki, Azərbaycanla uzunmüddətli iqtisadi əlaqələrin qurulması ABŞ-ın strateji maraqlarına cavab verir. Bu prioritetlər əslində 25 il ərzində formalaşıb və onlar bu prioritetləri dəyişmək niyyətində deyillər. 

Trampın müşaviri deyir ki, Amerika Azərbaycana silah sata bilər - Necə və hansı şərtlə?   - C.Bolton Azərbaycanı bir sıra məsələlərdə əhəmiyyətli ölkə kimi xarakterizə edib. O, Azərbaycanın beynəlxalq enerji məsələlərində aparıcı rolu nəzərə alınaraq, ABŞ hökumətinin Azərbaycanla enerji, beynəlxalq terrorizmə, insan alverinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu deyib. Sizcə bu əməkdaşlığın genişləndirilməsi özünü daha çox nədə göstərəcək?

- Artıq qeyd etdiyim kimi, prioritetlər müəyyən olunub, aksentlər vurulub. Amma iş orasındadır ki, siyasət, eləcə də bölgədə gedən proseslər dəyişir, yeni reallıqlar formalaşır. Tərəflər də artıq aksentləri bu reallıqlara uyğun vurulmalıdır. Onlar nədən ibarətdir? Azərbaycan hazırda Cənubi Qaz Dəhlizi layihəsini gerçəkləşdirir. Avropanın alternativ qaz təminatçısı kimi çıxış edir. Gələcəkdə bu Dəhliz inkişaf etdikcə, digər ölkələr, xüsusilə də Mərkəzi Asiya ölkələri bura qoşula bilərlər. Nəzərə alsaq ki, bu Dəhlizin formalaşmasında əsas siyasi dəstəkçilərindən biri Amerika olub, Azərbaycanın rəsmi Vaşinqtonun siyasətindəki yeri, rolu, əhəmiyyəti daim artır. 

Amma burda təkcə enerji layihələri deyil, həm də mühüm nəqliyyat layihələri də həyata keçirilir. Bu layihələr imkan verir ki, bizim regionumuzu Qara Dəniz hövşəsi regionu və Mərkəzi Asiya regionu ilə birləşdirsin. Azərbaycan bu gün bu layihələrdə əsas rollardan birini oynayır. Məxsusi qeyd etmək lazımdır ki, ABŞ üçün yaxın ətrafda əsas məsələ Əfqanıstanda gedən hərbi-siyasi proseslərə və indiki hakimiyyətə dəstək verməkdir. Burada Azərbaycan mühüm rol oynayır. Belə ki, Əfqan tranzitinin əsas hissəsi Azərbaycandan keçir. Eyni zamanda Azərbaycan bölgədə elə bir ölkədir ki, onun Ermənistan istisna olmaqla digər ölkələrlə ziddiyyətləri yoxdur. Bu isə həmin layihəni risksiz həyata keçirməyə imkan verir. Azərbaycanın bu layihənin qarant ölkələrindən biri olmasının özü Vaşinqton üçün çox vacibdir.

## 697665##  - Boltonun açıqlamalarında Qərbin bəzi institutları tərəfindən digər ölkələrə təzyiq vasitəsi kimi istifadə edilən "demokratiya", "insan haqları", "söz azadlığı" kimi klişelərə toxunmaması və bundan təzyiq vasitəsi kimi istifadə etməməsi də diqqət çəkir. O, mənsub olduğu administrasiyanın başqa ölkələrin seçimlərinə və suverenliyinə hörmətlə yanaşdığını deyib, öz ölkəsinin kiməsə mühazirə oxumaq fikrində olmadıqlarını bildirib. Bu məqamı ABŞ-ın əvvəlki iqtidarlarının digər ölkələrə demokratiya ixrac etmək, dərs keçmək iddialarından fərqli olaraq beynəlxalq əlaqələrdə qarşılıqlı hörmətə və hüquqa söykənən prinsiplə əvəzləməsi kimi qəbul etmək olarmı?

- Burada qeyri-adi və təsadüfi bir şey yoxdur. Yəni Donald Tramp hakimiyyətə gələndən sonra ilk addımlarından biri Amerikanın xarici siyasətində illərlə mövcud olan bu siyasi təcrübədən imtina etməsi və onu tənqid etməsidir. Bu tənqid ilk növbədə ABŞ-ın həyata keçirdiyi beynəlxalq proqramlarla bağlıdır. Amerika bu proqramlara xeyli vəsait xərcləyirdi, lakin bu siyasətdən kifayət qədər mənfəət əldə edə, təsirli dividentlər ala bilmirdi. Ona görə də Tramp adminstrasiyası daha proqmatik əsaslara söykənərək müxtəlif ölkələrlə münasibətlərdə məhz bu prioritetləri ön plana çəkir. Bu priorietlərə az öncə toxundum. Bunlar enerji, təhlükəsizlik sahəsində, eləcə də Əfqanıstanda gedən proseslərlə və s. ilə bağlı əməkdaşlıqlardır. Azərbaycan bu məsələlərdə ABŞ-ın vacib tərəfdaşı kimi görünür.

Almaniyanın Cənubi Qafqazda ən çox qazanc əldə etdiyi ölkə - Azərbaycanı tramplin kimi görürlər Təbii ki, tərəfdaşla münasibətlərdə hansısa böhran yarada biləcək tezislərlə çıxış etmək, yaxud da addımlar atmaq indiki şəratdə Amerika üçün heç də təsirli dividentlərin əldə edilməsi ilə nəticələnməyəcək. Bu səbəbdən Vaşintonda bunu anlayırlar ki, ABŞ-a Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara Dəniz hövzəsi regionunda davamlı, etibarlı tərəfdaşlar lazımdır. Azərbaycan da onlardan biridir. Ona görə də hansısa məsələlərdən təzyiq vasitəsi kimi istifadə etməklə münasibətləri pozmaq ABŞ-ın həm indiki, həm də uzunmüddətli planlarına uyğun gəlmir. Bu baxımdan ABŞ müsbət təcrübəyə əsaslanıb illərlə istifadə olunmuş alətləri, klişeləri kənara qoyaraq ona daha çox xeyir gətirə bilən alətlərə və üsullara üstünlük verir.

- Ümumiyyətlə, Con Boltonun Cənubi Qafqaza səfəri zamanı diqqətinizi ən çox çəkən və önəmli hesab etdiyiniz maraqlı məqam hansı oldu?

- Düşünürəm ki, diqqəti çəkən əsas məqam budur ki, ABŞ Prezidentinin müşaviri Con Bolton demək olar ki, yalnız Azərbaycanla bağlı nikbin və ümidverici açıqlamalar verib. Onun xüsusilə Twitter hesabında paylaşdığı tvitlər nəzərə çarpır. O, yalnız Azərbaycana və onun prezidentinə təşəkkür edib. Belə məlum olur ki, burada yalnız ABŞ-ı maraqlandıran məsələlər müzakirə olunmayıb, tərəflər bütün məsələlərdə ortaq məxrəcə gəliblər. Mənə belə gəlir ki, uzun illərdən sonra ilk dəfədir ki, ABŞ-ın yüksək vəzifəli rəsmisinin belə açıqlamalarını görürük. Onlarda heç bir tənqidi yanaşma yoxdur.  

İlkin İzzət Son.az