Füzulidə 6 ədəd top mərmisi tapılıb (FOTO)


Digərləri 26 Okt 2018 21:27:34 384 0

Füzulidə 6 ədəd top mərmisi tapılıb (FOTO)

Füzuli rayonunda 6 ədəd 122 mm-lik top mərmisi tapılıb.

Bakı. Füzuli rayonunda 6 ədəd 122 mm-lik top mərmisi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, oktyabrın 23-də saat 14:12-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.