Azərbaycanlı aktrisadan etiraf: "İzdivacımızın gecikməsinə səbəb..." FOTO


Kriminal 26 Okt 2018 21:10:00 235 0

Azərbaycanlı aktrisadan etiraf: "İzdivacımızın gecikməsinə səbəb..."  FOTO

Əməkdar artist Mehriban Abdullayevanın Son.az-a müsahibəsi.

- Mehriban xanım, istərdim uşaqlıq illərinizi xatırlayasınız. Uşaqlığınız necə keçib?

- Atam kalxozda işləyirdi, traktor sürürdü. Evdən səhər çıxırdı, axşam gəlirdi. Anam isə tibb bacısı idi, işinə görə bütün kənd əhli ona böyük hörmət edirdi. Uşaqlığım kənddə keçib, biz 3 qardaş 3 bacı olmuşuq. Yaxşı uşaqlığımız keçib. Atam uşaqlıqdan yetim qaldığına görə istəyirdi ki, biz yaxşı təhsil alaq. Bizim kənddə özfəaliyyət dərnəkləri var idi, orada çıxış edirdim. Amma aktrisa olmaq ağlıma belə gəlməmişdi.

- Niyə?

- Aktyorlar mənə o qədər əlçatmaz, qeyri-adi görünürdülər ki, elə bilirdim ki, hər insan aktyor ola bilməz. Elə buna görə də həkim olmaq üçün sənəd verdim, amma ilk cəhdim uğursuz oldu. Sinif yoldaşımın təkidi və məsləhəti ilə sənədlərimi İncəsənət Universitetinə verdim. Bu seçim daha çox atamı sevindirmişdi. Çünki onun da sənətə böyük həvəsi var idi.

- Sizi yaxından tanıyan bir insan kimi deyə bilərəm ki, xasiyyətcə çox utancaq birisiniz. Bu, nə vaxtsa sənətdə sizə mane olub?

- Mən həddindən artıq utancaq biriyəm. Hətta məni danışdıranda utandığımdan istədiyim sözü də deyə bilmirəm, qıpqırmızı qızarıram. Bəzən öz-özümə deyirdim ki, mən hara, səhnə hara? Amma səhnəyə çıxanda tam başqa insan olurdum.

- İstedadınızı ilk dəfə kim üzə çıxardı?

- Universitetin 2-ci kursunda oxuyanda "Nakam qız" tamaşasında Sona rolunu oynadım. O tamaşada mən tamam dəyişdim. Bu tamaşadan sonra dramatik rollar oynamaq üçün imkanım daha böyük oldu. Tamaşadan sonra müəllimlərim mənə deyirdi ki, "Mehriban, səni tanımadıq". Bu tamaşadan sonra hamı mənə başqa cür baxmağa başladı. Rejissor Ağakişi Kazımov məni Akademik Milli Dram Teatrına dəvət etdi. 3 il bu teatrda çıxış etdim.


Xəbərə aid fotolar