Alimlər Marsın üzərindəki buludun sirrini açmağa çalışırlar


Digərləri 26 Okt 2018 20:20:00 263 0

Alimlər Marsın üzərindəki buludun sirrini açmağa çalışırlar

"Mars Express" aparatı 13 sentyabr tarixində Mars planetində bulud topası aşkar edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Avropa Kosmik Agentliyi ikinci aydır ki, bu buludları müşahidə edir. Çünki bulud topası eyni yerdə ikinci aydır ki, asılı vəziyyətdə qalıb.

Ağ rəngli bulud topası Arsiya dağı yaxınlığındadır. Hündürlüyü 20 km olan sönmüş vulkan Farsida vilayətində yerləşir və Günəş Sisteminin ən böyük vulkanıdır. Alimlər buludun vulkandan yaranmadığını bildirirlər. Onların versiyasına əsasən, yerli hava şəraiti səbəbindən su buxarından yaranmış buluda oxşayır. Sonuncu foto 10 oktyabr tarixində çəkilib. Bulud 1500 km-lik məsafəyə yayılıb.