Elmar Məmmədyarov Hadi Süleymanpur ilə görüşüb


Siyasət 26 Okt 2018 20:14:00 255 0

Elmar Məmmədyarov Hadi Süleymanpur ilə görüşüb

Nazir Elmar Məmmədyarov ECO məkanında həyata keçirilən regional iqtisadi layihələrin dəstəkləndiyini bildirərək, regionda beynəlxalq hüququn təməl prinsipləri əsasında sülhün və sabitliyin qurulmasına Azərbaycanın xüsusi önəm verdiyini diqqətə çatdırdı. 

Son.az xəbər verir ki, nazir E.Məmmədyarov üzv dövlətlər arasında ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd etdi və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr haqqında məlumat verərək ECO üzv dövlətlərinin həmin layihələrdən faydalana biləcəyini diqqətə çatdırdı.

Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən Hadi Süleymanpur başçılıq etdiyi təşkilatın işinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi və ECO çərçivəsində həyata keçirilən islahatlar və gələcək layihələr barədə Azərbaycan tərəfini məlumatlandırdı. Bakıda təşkil olunan və şəxsən qatıldığı sərmayələrin mühafizəsi və təşviqi mövzusunda müzakirələrdən razılıqlı danışan baş katib bu sahənin ECO çərçivəsində yeni fəaliyyət istiqaməti təşkil etdiyini qeyd etdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi apardı.


Xəbərə aid fotolar