Bakıda bu dəfə yəhudi turist arzuolunmaz "macəra" yaşayıb


Digərləri 26 Okt 2018 20:00:00 346 0

Bakıda bu dəfə yəhudi turist arzuolunmaz "macəra" yaşayıb

İsrail vətəndaşı Azərbaycana turist səfərindən razı qalmayıb.

Son.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib.

Əcnəbi turist özü bu barədə Qaradağ RPİ-nin 11-ci polis bölməsinə şikayət edib. 1953-cü il təvəllüdlü Kalef Daniel Süleyman asayiş keşikçilərinə bildirib ki, oktyabrın 24-ü saat 15:00 radələrində Qobustana gedərək palçıq vulkanlarına baxmağı planlaşdırıb.

Bu zaman naməlum bir kişi ona yardımını təklif edib. Bildirib ki, bələdçilik edəcək və Qobustan ərazisində yerləşən bütün palçıq vulkanlarını ona göstərəcək. Naməlum şəxs öz xidməti qarşılığında israillidən 100 manat istəyib. Turist də tələb olunan məbləği kişiyə ödəyib.