Azərbaycanda bank sektorunun aktivləri 3.8% artıb


Digərləri 26 Okt 2018 20:08:00 255 0

Azərbaycanda bank sektorunun aktivləri 3.8% artıb

30 sentyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,201.8 mln. manat, kredit portfeli 11,901.4 mln. manat, cəmi öhdəlikləri isə 25,089 mln. manat təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki,  sektorun balans kapitalı 4,112.8 mln. manat olub. 2018-ci ilin sentyabr ayı ərzində bank sektorunun aktivləri 3.8% (1,074.7 mln. manat), öhdəlikləri 4.2% (1,011.5 mln. manat), balans kapitalı isə 1.6% (63.2 mln. manat) artıb. Sentyabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik baş verməyib. Cari ilin əvvəli ilə müqayisədə isə bank sektorunun kredit portfeli üzrə 5% (563.8 mln. manat) artım olub.

Sentyabr ayında fiziki şəxslərin əmanətləri 2.2% (175 mln. manat) artaraq 8,114.9 mln. manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 9 ayında fiziki şəxslərin əmanətləri 7.6% artıb.

Bank sektoru cari ilin 9 ayı ərzində 509.1 mln. manat əməliyyat mənfəəti, 171.8 mln. manat xalis mənfəət generasiya edib.