Bakıda dəhşətli qətl: sevgilisini öldürdü, özünü isə ölümcül yaraladı


Digərləri 26 Okt 2018 19:48:00 281 0

Bakıda dəhşətli qətl: sevgilisini öldürdü, özünü isə ölümcül yaraladı

Bakıda kişi küçədə qeyri-qanuni yaşadığı qadını qətlə yetirib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib.

Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu və 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Rafiq qızı çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

Ü.Allahverdiyeva aldığı xəsarətlərdən ölüb.