Ölkənin ilk taksit kartı Bolkartdan 7 yaşında 77 hədiyyə!


Digərləri 26 Okt 2018 19:40:00 274 0

Ölkənin ilk taksit kartı Bolkartdan 7 yaşında 77 hədiyyə!

Bu gün ölkənin ilk taksit kartı Bolkartın 7 yaşı tamam olur.

Bakı. Bu gün ölkənin ilk taksit kartı Bolkartın 7 yaşı tamam olur. Ölkənin innovativ bankı olan Bank of Baku, sektoruna gətirdiyi ilklərin ən möhtəşəmi olan Bolkartı, 7 il bundan əvvəl təqdim etdi və bu ilki ilə ölkədə böyük bir yeniliyin başlanğıcını - taksitli alış-verişin əsasını qoydu. Bankdan Trend-ə verilən məlumata görə, 7 yaşın möcüzəsi ilə müştərilərini sevindirmək istəyən Bank of Baku, Bolkartın yeni yaşında fərqli istiqamətlərdə hədiyyə dolu surpriz kampaniyalara start verir. Bir ay ərzində davam edəcək aşağıdakı surpriz və kampaniyalar Bankın Bolkart müştərilərinə “BAL ayı” yaşadacaq. 1. 7 YAŞDA 77 HƏDİYYƏ! Bank of Baku ölkənin ilk taksit kartı Bolkartın 7 yaşında 77 hədiyyə qazandıracaq. Belə ki, kampaniya müddətində Bolkart kredit kartı ilə ən çox alış-veriş etmiş 77 Bolkartlı Bank of Baku-dan bir-birindən dəyərli 77 hədiyyə əldə edəcək. Hədiyyələrin siyahısı ilə buradan tanış ola bilərsiniz – https://goo.gl/rQTV63 Kampaniya 26 oktyabr - 26 noyabr tarixləri arasında həm köhnə, həm də yeni Bolkart taksit kartları ilə edilmiş alış-verişlərə şamil olunur. 2. 100% NAĞDLAŞDIRMA! Kampaniya müddətində Bolkart kredit kart sahibləri balanslarındakı məbləğin hamısını, yəni tam 100%-ni nağdlaşdıra bilərlər. 05 noyabr – 11 noyabr tarixlərini əhatə edən kampaniyada müsbət kredit tarixçəsinə malik olan həm köhnə, həm də yeni Bolkart kredit kart sahibləri iştirak edə bilər. 3. İNDİ AL, 7 AYA ƏLAVƏ XƏRCSİZ ÖDƏ! 29 oktyabr - 11 noyabr tarixlərini əhatə edən kampaniya dövründə Bolkartlılar Bolkart kredit kartı ilə 500-dən artıq sevimli partnyor mağazalarda etdikləri alış-verişlərin xərcini 7 aya ƏLAVƏ XƏRCSİZ ödəyə biləcəklər. 4. 7 YAŞDA HƏR KƏSƏ PULSUZ BOLKART!