"Ancelina Coli kəşfiyyat agentidir"


Digərləri 26 Okt 2018 19:24:00 256 0

"Ancelina Coli kəşfiyyat agentidir"

Hollivud ulduzu Ancelina Coli CİA (ABŞ Mərkəzi Xəbəralma Təşkilatı) agentidir.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Venesuela parlamentinin sədri Diosdado Kabello televiziya proqramlarının birində Colinin Perudakı venesuelalı qaçqınları ziyarət etməsi məsələsini şərh edərkən deyib.

"Onlar imperializmin, CİA-nın, Pentaqonun və fəaliyyət göstərmək üçün imperializmə ehtiyac duyulan bütün təşkilatların cəsuslarıdır".

Bizi hələ də öz kaloniyaları zənn edirlər. Bu səbəbdən xalqı aldatmaq üçün bir yalançı aktrisanı kamera qarşısına çıxarırlar. Sizi manipulyasiya etmələrinə icazə verməyin. Yaxşı ki, xalq hər şeyin fərqindədir".