Rəqqasə Fatimə xalq artisti ilə qohum imiş


Şou-biznes 26 Okt 2018 18:44:00 285 0

Rəqqasə Fatimə xalq artisti ilə qohum imiş

Rəqqasə Fatimə Fətəliyeva "Gündən günə" verilişinin qonağı olub. Son.az big.az-a istinadən xəbər verir ki, rəqqasənin xalq artisti Ceyran Haşımovanın qohumu olduğu üzə çıxıb. Bu barədə Fatimə özü məlumat verib: "Azərbaycanın ilk xanım tarzəni Ceyran Haşımova mənim qohumumdur. Atamın dayısı qızıdır". Qeyd edək ki, ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sərf edən Ceyran Haşımova 1964-cü ildə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət "qızlar" ("Lalə" qızlar) ansamblını yaradıb.

Son.az 


Xəbərə aid fotolar