Gerçək hörümçək adam bacarığı ilə heyrətləndirir FOTO


Digərləri 26 Okt 2018 18:24:00 382 0

Gerçək hörümçək adam bacarığı ilə heyrətləndirir  FOTO

Gerçək hörümçək adam (real spider-man) adlandırılan fransız alpinist Londonda "şou" göstərib.

Son.az xarici mətbuatına istinadla xəbər verir ki, Alain Robert Londonun ən yüksək binalarından olan Heron Tower-a dırmaşıb. O, təxminən 40 dəqiqəlik performans sərgiləyib.

Binanın həyətinə avtomobillərin girişi məhdudlaşdırılıb.

Alain 202 metr yüksəkliyə çıxaraq fotoqraflara poza verib.

Onun əlində nə kabel olub, nə də hər hansı köməkçi vasitə.


Xəbərə aid fotolar