Bolton Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi ilə təkbətək görüşdən imtina etdi


Dünya 26 Okt 2018 18:20:00 276 0

Bolton Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi ilə təkbətək görüşdən imtina etdi

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevana səfəri zamanı Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla təkbətək görüşdən imtina edib.

Son.az report-a istinadən xəbər verir ki, bunu "Qraparak" qəzeti yazıb.

Nəşrin məlumatına görə, səfər proqramına əsasən C.Bolton Ermənistanda ilk görüşü A.Qriqoryanla keçirməli imiş, ancaq onun şəxisyyətindən ehtiyat etidiy üçün bu baş tutmayıb: "Düzdür, Con Bolton Təhlükəsizlik Şurasına baş çəkib. Ancaq Armen Qriqoryanla təkbətək görüş keçirməyib. Görüş zamanı bir tərəfdə Con Bolton qarşı tərəfdə isə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan olub. Günün sonunda Qriqoryan onu şam yeməyinə dəvət etsə də Con Bolton bundan imtina edib. Amerikalı rəsmi Yerevanda keçirdiyi mətbuat konfransından sonra Ermənistanı tərk edib".