Ermənilər Kəlbəcərin daha iki çayı üzərində SES istifadəyə verdi...


Digərləri 26 Okt 2018 18:00:00 270 0

Ermənilər Kəlbəcərin daha iki çayı üzərində SES istifadəyə verdi...

Vaxtilə Bəhmən Vətənoğlunun ilham aldığı Lev çayından indi düşmənlərimiz enerji alacaqlar...

Ermənilər 27-ci ildir ki, işğal altında saxladıqları Kəlbəcər rayonunda daha iki kiçik su elektrik stansiyası istifadəyə veriblər. 

Son.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda separatçı nəşrlərə qondarma rejim başçısının müşaviri hesab olunan Araik Arutyunyan adlı məlumat verib. SES-lərdən biri  Lev çayı, digəri isə "Trxe" adlandırılmış digər çayımızın üzərində tikilib. Elektrik stansiyalarının Avropa texnologiyasına uyğun tikildiyi bildirilir. 

Xatırladaq ki, bu ilin avqustunda Lev çayı üzərindəki SES-in tikintisi haqda xəbər verilmişdi.  Onu da vurğulayaq ki, Lev çayı öz vətənpərvər və haqpərəst şeirləri ilə xalqın əsl sevgisini qazanmış ustad şair Bəhmən Vətənoğlunun doğulduğu Seyidlər kəndi yaxınlığından və 5 il müəllim işlədiyi Lev kəndindən keçərək Tərtər çayına qovuşur... Bu çayın adı şairin şeirlərinin bəzəyi olub.