İstirahət günlərində səyahətə çıxanlar üçün


Digərləri 26 Okt 2018 17:34:00 247 0

İstirahət günlərində səyahətə çıxanlar üçün

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a daxil olan məlumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırılır ki, gecə və səhər bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 11-16, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək: 

"Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırırıq ki, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 15-20, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında bəzi yerlərdə yağış yağacağı, oktyabrın 27-də gündüz, 28-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.