Arıçılıqda məhsuldarlıq 2 dəfəyədək artacaq


Digərləri 26 Okt 2018 16:32:00 237 0

Arıçılıqda məhsuldarlıq 2 dəfəyədək artacaq

Yeni innovativ metodlar nəticəsində hər arı yeşiyindən 15 kiloqram əvəzinə 28 kiloqram bal alınması gözlənilir.

Bakı. Xaçmazda yerli fermerlərlə birgə tətbiq ediləcək yeni innovativ metodlar nəticəsində hər arı yeşiyindən 15 kiloqram əvəzinə 28 kiloqram bal alınması gözlənilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, belə ki, arıçılıqda məhsuldarlığın artırılması və belə təsərrüfatlarda müasir texnologiyalardan geniş istifadənin təşviqi məqsədilə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”i çərçivəsində fermerlərə alınacaq səyyar arı pavilyonlarının quraşdırılması nəticəsində məhsuldarlığın 2 dəfəyədək artırılması gözlənilir. GPS tərəzilərlə təmin edilmiş fermerlər ərazilərin məhsuldarlığına nəzarət edə bilməklə yanaşı, ehtiyac olduğu təqdirdə, bal istehsalı zamanı qarşıya çıxa biləcək problemlərə operativ müdaxilə etməklə məhsuldarlığın və keyfiyyətin aşağı düşməsinin qarşısını ala biləcəklər.