Özbəkistanda Azərbaycan yazıçısı Yunus Oğuz haqqında veriliş yayımlanıb FOTO


Digərləri 26 Okt 2018 16:12:00 404 0

Özbəkistanda Azərbaycan yazıçısı Yunus Oğuz haqqında veriliş yayımlanıb  FOTO

Daşkənddəki "Mədəniyyət və mərifət" televiziya kanalında "Dünya ədəbiyyatı" seriyasından yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuz haqqında veriliş efirə verilib.

Son.az olaylar-a istinadən xəbər verir ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanan verilişdə yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir.

Verilişdə alim və tərcüməçi Babaxan Şərif bildirib ki, bundan əvvəl Yunus Oğuzun özbək dilində "Əmir Teymur", "Şah arvadı və cadugər", "Sultan Alp  Arslan", Atabəy Eldəniz" romanları işıq üzü görüb və populyarlıq qazanıb. Əminəm ki, Yunus Oğuzun bundan sonra da yeni-yeni əsərləri özbək dilində çap ediləcək.

AMM-nin direktoru Samir Abbasov Yunus Oğuzun Özbəkistanda yaxşı tanındığını diqqətə çatdırıb. O bildirib ki, Yunus Oğuz Özbəkistanda çap edilən elə ilk kitabı - "Əmir Teymur" romanı ilə məşhurlaşıb. O, özbək tarixi ilə bağlı elə bir kitab ortaya qoyub ki, onu sevməmək mümkün deyil.

Xəbərə aid fotolar